• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Gəncə, Azərbaycan

    Gəncə şəhəri. Nizami rayonu, Nizami küçəsi, 4-cü döngə, 2

Ekspert

Elvin Ağayev

Ağayev Elvin Rafael oğlu  Azərbaycan Respublikası Samux rayonunda anadan olmuşdur. O, Gəncə şəhəri 17 saylı tam orta məktəbində təhsil almış və fərqlənmə ilə bitirmişdir. 2018- ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat uçotu və audit ixtisasını fərqlənmə ilə bitirmişdir.

Magistr təhsilini həmin universitetin İstehsal sferasında mühasibat uçotu və audit ixtisasında almışdır.

2019- cu ildə Rəqəmsal, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinində təşkil olunmuş ilk StartUp School fərqlənmə ilə bitirmiş və respublika üzrə ikinci yerə layiq görülmüşdür. 2020- ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin və Türkiyə Respublikası Bilişim Vadisinin birgə əməkdaşlıq etdiyi proqramda qalib gələrək Türkiyədə strataplarla iş təcrübəsində olmuşdur.

2020- ci ildə Təşkil olunmuş respublikada startap mentorlarının yetişdirilməsi proqramının məzunu olmuş və bir çox startapların biznes mentorluğunu həyata keçirmişdir.

2019- ci ildə Azərbaycan Dövlət Aqrar Universiteti İnnovasiyalar Mərkəzinin  mentoru olmuş daha sonra koordinatoru vəzifəsini yerinə yetirmişdir.

2023- cü ildə Azərbaycan Dövlət Aqrar Universitetin İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsini yerinə yetirməyə başlamışdır.

2020- ci ildə ilk sahibkarlıq fəaliyyətini qurmuş və Gəncədə ilk təlimçilik şirkətinin Alabora Groupu təsis etmişdir.

2023- cü ildə SYNERGY Consulting şirkətinin təsis etmişdir.

2023- cü ildə Gələcək Naminə İctimai Birliyində İnnovasiyalar Mərkəzinin rəhbəri olmuş daha sonra Gənclər İnkişaf Naminə İctimai Birliyinin sədr müavini  vəzifəsini ictimai əsaslarla həyata keçirmişdir.

2020- ci ildə Azərbaycan Respublikası Həmkarlar İttifaqı komitəsi tərəfindən 100 illik yubiley döş nişanı ilə təltif edilmişdir.

2023- cü ildə 16-cı dəfə təşkil olunan Caspian Agro tədbirində Agro-bot layihəsini Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə təqdim etmişdir.

Agro-bot, Tochum Agro, Progranate, BioTech kimi startapların mentoru olmuş və onlardan Tochum Agro ya startap şəhadətnaməsinin alınmasında biznes dəstəyi göstərmişdir.

Ekspert

İlkin Dövlətov

İlkin Dövlətov 2007- ci ildə Qafqaz Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisasını bitirmişdir. 2017-ci ...

Ekspert

Tural İsgəndərov

Azərbaycan Dövlət Aqrar Universitetinin(ADAU) Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, ...

Ekspert

Malik Əmirxanov

Əmirxanov Malik Fəxrəddin oğlu 03. 05 1976 cı ildə  Şəmkir rayon ...

Ekspert

Mirkazımlı Mirmətin

Mirmətin Miryusif oğlu Mirkazımlı 25 avqust 1996-cı il tarixində Bərdə şəhərində ...

Ekspert

Aydan Osmanlı

Ekspert

İsa Şəfiyev

Bakalavr, magistr və dokturantura  təhsilini Azərbaycan Dövlət Aqrar Univeristetində mühasibat uçotu ...

Ekspert

Süleymanova Gülnaz

Gülnaz Süleymanova Əskər qızı 07.09.2000-ci ildə Kürdəmir rayon Carlı kəndində anadan ...

Ekspert

Gülhanə Məmmədova