• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Gəncə, Azərbaycan

    Gəncə şəhəri. Nizami rayonu, Nizami küçəsi, 4-cü döngə, 2

Ekspert

Malik Əmirxanov

Əmirxanov Malik Fəxrəddin oğlu 03. 05 1976 cı ildə  Şəmkir rayon Qaracəmirli kəndində  anadan olmuşdur. Orta təhsilini  Qaracəmirli kənd 1 saylı tam orta məktəbdə bitirdikdən sonra, 1993-1998 ci illərdə, Dağısdan İdarəetmə və Biznes  İnstitutunda ali təhsilini başa vurmuşdur. Bundan sonra hərbi xidmətini Fuzuli rayonunda n saylı hərbi hissədə keçmişdir.

Hərbi xidmətdən qayıtdıqdan sonra 2000 - 2005 ci illərdə Şəmkir r.n Qaracəmirli kənd Bələdiyyəsində vergi müfəttişi vəzifəsində  işləmişdir.

2005 ci ildə BOKT Viator Mikrokredit Azərbaycan MMC Gəncə filialında Kredit işçisi, 2007 ci ildə Viator  Şəmkir filialının  açılmasına  görə Şəmkir filialında kredit işçisi işləmişdir. İşlərinin uğurlu nəticəsinə görə 2011 ci ildə Gəncə regional filialına Kredir üzrə Supervayzer vəzifəsinə təyin olunmuşdur. 2013 cü ildə "İlin ən yaxşı Kredit nəzarətçisi", 2015 ci ildə   Viator Şəmkir filialına müdir təyin olunmuşdur. Hazırda da həmin filialın müdiri vəzifəsində çalışır. Çalışdığı dövürdə Şəmkir  filialı ən böyük filial statusunu qazanmışdır.

Bundan əlavə 2016 cı ildən Beynəlxalq Əmək Təşkilatının Biznes üzrə, 2019 ci ildən isə BMT nin "Əhalinin sosial cətdən həssas qrupları üçün inkluziv və layiqli iş yerlərinin yaradılması", "Sosial və iş yönümlü reabilitasiya və İnsanlarla işləmək üçün  qeyri - texniki bacarıqların inkişafı", "Sahibkarlıq və Biznes bacarıqlarının inkişafı" üzrə  sertifikatlı təlimçisidir.

2016 cı ildən ƏƏSMN nin Özünəməşğulluq proqramında Qərb bölgəsi üzrə Təlimçisi,

2019 cu ildə BMT nin təlimçisi kimi fəaliyyətini davam etdirir.

2019 cu ildə K/T nazirliyində EKTİS üzrə təlimçi, 2001 ci ildə Dünya bankının "Məşğulluğa dəstək layihəsi" üzrə təlimçi- eksperti, 2021-2022 ci illərdə Şəmkir- Gədəbəy KOBİM in Təlimçi-Eksperti, 2022 ci ildə AQSİA -da biznes təlimləri və biznes  planların yazılması üzrə təlimçi, 2023 cü ildən isə Gəncə KOBİM də Sahibkarlıq və Bizneslə bağlı  müxtəlif təlimlər keçir. Bir çox beynəlxalq və yerli təlimlərdə iştirak edərək müxtəlif sertfikatlar almışdır. Bundan əlavə Şəmkirdə k/ t nın bəzi sahələri, əsasən də istilikxana sahəsində şəxsi bizneslə məşğul olur.

Ailəlidir 3 övladı var. 2 oğul övladı Türkiyə respublikasında, 1 qız övladı isə Azərbaycan Respublikasında ali təhsil alır.

Ekspert

İlkin Dövlətov

İlkin Dövlətov 2007- ci ildə Qafqaz Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisasını bitirmişdir. 2017-ci ...

Ekspert

Elvin Ağayev

Ağayev Elvin Rafael oğlu  Azərbaycan Respublikası Samux rayonunda anadan olmuşdur. O, ...

Ekspert

Tural İsgəndərov

Azərbaycan Dövlət Aqrar Universitetinin(ADAU) Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, ...

Ekspert

Mirkazımlı Mirmətin

Mirmətin Miryusif oğlu Mirkazımlı 25 avqust 1996-cı il tarixində Bərdə şəhərində ...

Ekspert

Aydan Osmanlı

Ekspert

İsa Şəfiyev

Bakalavr, magistr və dokturantura  təhsilini Azərbaycan Dövlət Aqrar Univeristetində mühasibat uçotu ...

Ekspert

Süleymanova Gülnaz

Gülnaz Süleymanova Əskər qızı 07.09.2000-ci ildə Kürdəmir rayon Carlı kəndində anadan ...

Ekspert

Gülhanə Məmmədova