• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Gəncə, Azərbaycan

    Nizami ray., Həsən Əliyev küç, 61/1

Xəbərlər

“Biznesdə mühasibatlığın önəmi“ mövzusunda onlayn təlim təşkil olunub.

İyulun 10-da Gəncə KOB İnkişaf Mərkəzi tərəfindən mikro, kiçik və orta sahibkarlar (KOB-lar) və biznesə başlamaq istəyənlər üçün “Biznesdə mühasibatlığın önəmi“ mövzusunda onlayn təlim təşkil olunub.

Təlimdə 50-ə yaxın KOB subyekti iştirak edib.

Təlimdə mühasibatlıq və bu sahədəki əsas anlayışlar, beynəlxalq və milli mühasibat uçotu sahəsində təcrübə, hesablar planı və kommersiya təşkilatları, büdcədən maliyyələşən təşkilatlar, maliyyə hesabatları, cari aktivlər və uzunmüddətli aktivlər uçotunun aparılması barədə məlumat verilib, eləcə də sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib Kiçik və Orta Biznesin İnkişafı ...

.

Xəbərlər

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə ...

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə məsləhət xidməti göstərilib Noyabrın 22 ...

.