• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Gəncə, Azərbaycan

    Nizami ray., Həsən Əliyev küç, 61/1

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi "Qadınların sahibkarlıq fəaliyyətinin artırılması" mövzusunda təlim təşkil edib.

Gəncə KOB İnkişaf Mərkəzi “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Qadın Sığınacağı”  ilə birgə "Qadınların sahibkarlıq fəaliyyətinin artırılması" mövzusunda təlim təşkil edib. Avqustun 26-da keçirilən təlimdə  yeni biznesə başlayan və mövcud biznesini genişləndirmək istəyən qadınlar iştirak edib. 

Təlimdə biznesin vergi və hüquqi aspektləri, onlayn şəkildə VÖEN-in açılması, gəlirlərin və xərclərin idarə olunması haqqında ətraflı məlumat verilib.

Gəncə KOB İnkişaf Mərkəzinin eksperti tərəfindən müxtəlif interaktiv üsullardan istifadə edilməklə keçirilən təlimdə mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib Kiçik və Orta Biznesin İnkişafı ...

.

Xəbərlər

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə ...

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə məsləhət xidməti göstərilib Noyabrın 22 ...

.