• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Gəncə, Azərbaycan

    Nizami ray., Həsən Əliyev küç, 61/1

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi silsilə təlimlər təşkil edib.

Gəncə KOB İnkişaf Mərkəzi, ADAU İnnovasiyalar Mərkəzi ilə birgə“ Sahibkarların rəqəmsal bacarıqlarının artırılması”, “Biznesde mühasibatlığın önəmi“, “Kiçik və orta sahibkarlıqda uçotun proqram təminatı“ mövzularında silsilə və praktiki təlimlər təşkil edib. Avqustun 4-6 da keçirilən təlimlərdə MS Excel proqramında ilkin anlayışlar, müxtəlif tipli satış və ödəniş olunmasına dair cədvəllərin qurulması və onlarla iş, təqdimatların hazırlanması, ümumi mühasibatlığın əsas anlayışları, beynəlxalq və milli mühasibat uçotu sahəsində təcrübələr haqqında ətraflı məlumatlar verilib. Təlim Gəncə KOB İnkişaf Mərkəzinin ekspertləri tərəfindən müxtəlif interaktiv üsullardan istifadə edilməklə keçirilib. 20 nəfərin iştirakı ilə təşkil olunan təlim pandemiya ilə əlaqədar qruplar şəklində olub. Təlimdə mövcud biznesini genişləndirmək, yeni biznesə başlamaq istəyən gənclər və startaplar iştirak edib.Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib Kiçik və Orta Biznesin İnkişafı ...

.

Xəbərlər

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə ...

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə məsləhət xidməti göstərilib Noyabrın 22 ...

.