• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Gəncə, Azərbaycan

    Nizami ray., Həsən Əliyev küç, 61/1

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi tərəfindən sahibkara məsləhət xidməti göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişafı Mərkəzi (KOBİM) tərəfindən sahibkarlıq subyektinə mühasibatlıq üzrə məsləhət xidməti göstərilib.

Sentyabrın 13-də Gəncə KOBİM-ə müraciət edən sahibkar Elşən Mustafayevə mühasibatlıq üzrə məsləhət xidmətinin göstərilməsinə ehtiyacı olduğunu bildirib. Müraciətə əsasən sahibkara elektron vergi xidmətlərindən istifadə, fiziki və hüquqi şəxslərin vergi öhtəlikləri, vergi hesabatlılığı, əmlak vergisinə cəlb olunan obyektlər və bu verginin hesablanması və ödənilməsi qaydaları, vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları və digər məsuliyyətlərin formaları, obyekt kodunun əldə edilməsi və fiziki şəxsin fəaliyyətin bərpası ərizəsinin doldurulması haqqında məlumat verilib.

Qeyd edək ki, zərurət yarandığı təqdirdə KOB subyektinə bu və ya digər mövzularla bağlı Gəncə KOBİM tərəfindən məsləhət xidmətlərinin göstərilməsi davam edəcək.

Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib Kiçik və Orta Biznesin İnkişafı ...

.

Xəbərlər

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə ...

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə məsləhət xidməti göstərilib Noyabrın 22 ...

.