• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Gəncə, Azərbaycan

    Nizami ray., Həsən Əliyev küç, 61/1

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzinin dəstəyi ilə növbəti sahibkarlıq subyekti yaradılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişafı Mərkəzi (KOBİM) tərəfindən yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək davam etdirilir.

Vətəndaş Elmira İsmayılova kurs fəaliyyəti ilə məşğul olmaq üçün Gəncə KOBİM-in dəstək və xidmətlərindən yararlanıb. Belə ki, sahibkara adıçəkilən sahədə fəaliyyət göstərməsi üçün hüquqi şəxs kimi qeydiyyat prosesində dəstək təmin edilib.

Qeyd edək ki, Elmira İsmayılova daha əvvəl Gəncə KOBİM-in sahibkarlar üçün təşkil etdiyi təlimlərdə iştirak edərək müəyyən biliklər əldə edib.

Gələcək fəaliyyəti zamanı ehtiyac yarandığı halda Gəncə KOBİM tərəfindən sahibkara mərkəzin xidmətləri çərçivəsində dəstək davam etdiriləcək.

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib Kiçik və Orta Biznesin İnkişafı ...

.

Xəbərlər

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə ...

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə məsləhət xidməti göstərilib Noyabrın 22 ...

.