• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Gəncə, Azərbaycan

    Nizami ray., Həsən Əliyev küç, 61/1

Xəbərlər

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən arıçılıqla məşğul olan sahibkarlara məsləhət xidməti göstərilib

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən arıçılıqla məşğul olan sahibkarlara məsləhət xidməti göstərilib

Oktyabrın 10-da Samux rayonunun Hacıallı, Lək, Fizuli və Ziyadlı kəndlərində  arıçılıq sahəsində fəaliyyət göstərən  Fəxrəddin Nəsibov, Rəna Əmirova, Əli Qələndərov, Afiq Mehdiyev və Mehman Həsənov Gəncə KOBİM-ə müraciət edərək məsləhət xidmətinə ehtiyacları olduğunu bildiriblər. Müraciət əsasında Gəncə KOBİM-in peşəkar eksperti tərəfindən arıçılıqla məşğul olan sahibkarların təsərrüfatına baxış keçirilib. 

Nəticədə  sahibkarlara arıçılıq məhsullarının pərakəndə və topdan satışının düzgün aparılması qaydası, arıçılıqda dəyər zəncirinin formalaşdırılması və subsidiya alınması şərtləri, təsərrüfatın rentabelliliyinin müəyyənləşdirilməsi və EKTİS-də qeydiyyata alınması qaydaları haqqında məlumat verilib. 

Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib Kiçik və Orta Biznesin İnkişafı ...

.

Xəbərlər

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə ...

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə məsləhət xidməti göstərilib Noyabrın 22 ...

.