• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Gəncə, Azərbaycan

    Nizami ray., Həsən Əliyev küç, 61/1

Xəbərlər

Gəncə KOBİM tərəfindən biznesə başlamaq istəyən gənclər üçün təlim təşkil edib

Oktyabrın 4-də Gəncə KOB İnkişaf Mərkəzi(KOBİM) tərəfindən, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Gələcəyə Körpü İctimai Birliyi və Azərbaycan Texnologiya Universiteti ilə birgə biznesə başlamaq istəyən gənclər üçün “Biznesin hüquqi və vergi aspektləri” mövzusunda təlim keçirilib.

7 gəncin iştirak etdiyi təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən biznesin vergi və hüquqi aspektləri, onlayn şəkildə hüquqi şəxsin yaradılması, gəlirlərin və xərclərin idarə olunması haqqında ətraflı məlumat verilib.

İnteraktiv üsullardan istifadə edilməklə keçirilən təlimdə mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib Kiçik və Orta Biznesin İnkişafı ...

.

Xəbərlər

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə ...

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə məsləhət xidməti göstərilib Noyabrın 22 ...

.