• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Gəncə, Azərbaycan

    Nizami ray., Həsən Əliyev küç, 61/1

Xəbərlər

Gəncə KOBİM tərəfindən “Effektiv satış” mövzusunda təlim keçirilib.

Gəncə KOB İnkişaf Mərkəzi tərəfindən geyim satışı ilə məşğul olan “OKSİ” şirkətlər qrupunun əməkdaşları üçün “Effektiv satış” mövzusunda praktiki təlim keçirilib.

İyulun 28-30 da keçirilən təlimdə effektiv satış, müştəri məmnunluğunun yaradılması, satış imkanlarının artırılması, müştəri münasibətlərinin möhkəmləndirilməsi haqqında məlumat verilib.

Təlimdə şirkətin 60-a yaxın əməkdaşı iştirak edib.

Gəncə KOB İnkişaf Mərkəzinin eksperti tərəfindən müxtəlif interaktiv üsullardan istifadə edilməklə keçirilən təlim, pandemiya ilə əlaqədar qruplar şəklində təşkil edilib.

Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib Kiçik və Orta Biznesin İnkişafı ...

.

Xəbərlər

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə ...

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə məsləhət xidməti göstərilib Noyabrın 22 ...

.