• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Gəncə, Azərbaycan

    Nizami ray., Həsən Əliyev küç, 61/1

Xəbərlər

Gəncə KOBİM tərəfindən əkinçilik sahəsində fəaliyyət göstərən sahibkarlara məsləhət xidməti göstərilib

Gəncə KOBİM tərəfindən əkinçilik sahəsində fəaliyyət göstərən sahibkarlara məsləhət xidməti göstərilib

Gəncə KOB İnkişafı Mərkəzi (KOBİM) tərəfindən heyvandarlıqla məşğul olan fermerlərə məsləhət xidməti göstərilib.

Oktyabrın 11-də Samux rayonunun  Lək, Hacıallı, Fizuli və Ziyadlı kəndlərində əkinçilik sahəsində fəaliyyət gostərən  Süleymanov Zeynal, Məmmədov Kənan, Babayeva Lyudmila və Tanrıverdiyev Sərxan Gəncə KOBİM-ə müraciət edərək məsləhət xidmətinə ehtiyacları olduğunu bildiriblər. Müraciət əsasında Gəncə KOBİM-in peşəkar eksperti tərəfindən əkinçiliklə məşğul olan fermerlərin təsərrüfatına baxış keçirilib. 

Nəticədə fermerlərə müasir istixana kompleksinin məhsuldarlığa təsiri, damlama suvarma sisteminin iqtisadi əhəmiyyəti, keyfiyyətli toxum və gübrə təchizatı, ucuz xammal mənbələrinə çıxışın təmini haqqında məlumat verilib.

Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib Kiçik və Orta Biznesin İnkişafı ...

.

Xəbərlər

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə ...

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə məsləhət xidməti göstərilib Noyabrın 22 ...

.