• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Gəncə, Azərbaycan

    Nizami ray., Həsən Əliyev küç, 61/1

Xəbərlər

Gəncə KOBİM tərəfindən  "Fiziki məhdudiyyətli qadınların sahibkarlıq fəaliyyətinin artırılması" mövzusunda təlim təşkil edilib

 

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən Gəncə Əlil Qadın və Uşaq Mərkəzi və Əlil Qadın Cəmiyyəti ilə birgə "Qadınların sahibkarlıq fəaliyyətinin artırılması" mövzusunda təlim təşkil edilib.                 

Oktyabrın 11-də keçirilən təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən biznesin vergi və hüquqi aspektləri, onlayn şəkildə VÖEN-in açılması, gəlirlərin və xərclərin idarə olunması haqqında ətraflı məlumat verilib. Təlimdə yeni biznesə başlayan və mövcud biznesini genişləndirmək istəyən 6 qadın iştirak edib. 

Müxtəlif interaktiv üsullardan istifadə edilməklə keçirilən təlimdə mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib Kiçik və Orta Biznesin İnkişafı ...

.

Xəbərlər

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə ...

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə məsləhət xidməti göstərilib Noyabrın 22 ...

.