• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Gəncə, Azərbaycan

    Nizami ray., Həsən Əliyev küç, 61/1

Xəbərlər

Gəncə KOBİM tərəfindən növbəti təlim baş tutub.

Gəncə KOBİM tərəfindən növbəti onlayn təlim keçirilib

Oktyabrın 9-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən mikro, kiçik və orta sahibkarlar üçün " Düzgün bazar seqmentasiyası və ideyadan biznesə" mövzusunda onlayn təlim keçirilib.

Gəncə KOBİM-in eksperti tərəfindən təlimdə sahibkarlara bazar araşdırılmasının ilkin mexanizmləri, bazar seqmentasiyasının tətbiqi, müştəri bazasının müəyyən edilməsi, biznes planların hazır edilməsi, rəqabətli bazar davranışı üçün strategiya və taktikalar hazırlanması, marketinq və satış siyasətinin hazırlanması, biznes mühitlərinin təhlili, maliyyə hesabatlarının hazırlanması haqqında məlumat verilib.

35 sahibkarın iştirakı ilə keçirilən onlayn təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir

Xəbərlər

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib Kiçik və Orta Biznesin İnkişafı ...

.

Xəbərlər

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə ...

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə məsləhət xidməti göstərilib Noyabrın 22 ...

.