• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Gəncə, Azərbaycan

    Nizami ray., Həsən Əliyev küç, 61/1

Xəbərlər

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişafı Mərkəzi (KOBİM) tərəfindən yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək davam etdirilir.

Oktyabrın 18-də geyim satışı ilə məşğul olman vətəndaş Nigar Bayramlı Gəncə KOBİM-in dəstək və xidmətlərindən faydalanmaq üçün müraciət edib. Müraciətə əsasən Gəncə KOBİM tərəfindən fiziki şəxs kimi fəaliyyət göstərən sahibkara hüquqi şəxs kimi qeydiyyatdan keçərək fəaliyyətini Məhdud Məsuliyyətli Cəmiyyət kimi davam etdirilməsinə dəstək göstərilib.

Qeyd edək ki, Nigar Bayramlı daha əvvəl Gəncə KOBİM-in sahibkarlar üçün təşkil etdiyi təlimlərdə iştirak edərək müəyyən biliklər əldə edib.

Gələcək fəaliyyəti zamanı ehtiyac yarandığı halda Gəncə KOBİM tərəfindən sahibkara mərkəzin xidmətləri çərçivəsində dəstək davam etdiriləcək.

Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə ...

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə məsləhət xidməti göstərilib Noyabrın 22 ...

.

Xəbərlər

Gəncə KOBİM tərəfindən fermerlər üçün təlim ...

Gəncə KOBİM tərəfindən fermerlər üçün təlim təşkil edilib Noyabrın 22-də Gəncə ...

.