• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Gəncə, Azərbaycan

    Nizami ray., Həsən Əliyev küç, 61/1

Xəbərlər

Gəncədə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-satış yarmarkası keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə 19-20 sentyabr tarixlərində Gəncə şəhərində “GƏNCƏSƏNƏT” adlı İncəsənət, Sənətkarlıq və Yaradıcılıq Sərgi-Satış Yarmarkası keçiriləcək.

Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Turizm İnformasiya Mərkəzi/Gəncə Destinasiya Menecmenti Təşkilatı,  Gəncə İctimai İştirakçılq Məclisinin təşkilatçılığı ilə Gəncə şəhərindəki Filarmoniya Bağı və Urban Mərkəzində təşkil olunacaq yarmarkada regionda fəaliyyət göstərən sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq.

Yarmarkanın keçirilməsində məqsəd sənətkarlıq məhsullarının satışına və bu sahədə alıcıq qabiliyyətinin artırılmasına dəstək olmaq, regionun sənətkarlıq nümunələrinin tanıdılması, qədim sənət ənənələrinin dirçəldilməsi və şəhərin mədəni həyatının canlandırılmasıdır. Yarmarka həmçinin, yaradıcılıqla məşğul olan insanlar ilə sənətkarlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq olunması məqsədi daşıyır.

Xəbərlər

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib Kiçik və Orta Biznesin İnkişafı ...

.

Xəbərlər

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə ...

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə məsləhət xidməti göstərilib Noyabrın 22 ...

.