• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Gəncə, Azərbaycan

    Nizami ray., Həsən Əliyev küç, 61/1

Xəbərlər

Sahə Baytarlıq məntəqələrinə Sahibkarlıq mövzusunda təlim keçirilib

Sahə Baytarlıq məntəqələrinə Sahibkarlıq mövzusunda təlim keçirilib

Sentyabrın 8-də başlayan Gəncə KOB İnkişaf Mərkəzinin (KOBİM), Dünya bankı, Aqrar Kredit və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində keçirilən “Baytarlar üçün biznes və sahibkarlıq fəaliyyətinin təşkili” silsilə təlimləri başa çatıb.

Təlim çərçivəsində aşağdakı mövzulardan bəhs olunub:

Sahibkarlıq barədə baza məlumatlar;

Sahibkarlıq fəaliyyətinin əsas hüquqi formaları;

VÖEN – Vergi Xidməti Orqanları ilə münasibətlər;

DSMF – Dövlət Sosial Müdafiyə Fondu ilə münasibətlər;

Asan İmza - Asan İmzanın alınması və istifadə qaydaları;

Bank hesabının açılması qaydaları;

Hesabatlılıq (Vergi, DSMF, Statistika) – aidiyyatı hesabatların verilməsi qaydaları

Təlim peşəkar təlimçi-ekspertlər tərəfindən interaktiv formada keçirilib. Təlim pandemiya qaydalarına uyğun olaraq 9 nəfərdən çox olmayan qruplar şəklində təşkil edilib. Təlimdə ümumilikdə 14 KOB subyekti iştirak edib.

Gəncə KOB İnkişafı Mərkəzi sahibkarlara, startaplara, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə təlim, məsləhət, KOB-ların şəbəkələşməsi və beynəlxalq proqramlarda iştirak istiqamətlərində dəstək göstərir. KOB İnkişafı Mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib

Gəncə KOBİM tərəfindən sahibkara dəstək göstərilib Kiçik və Orta Biznesin İnkişafı ...

.

Xəbərlər

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə ...

Gəncə KOB İnkişafı Mərkəzi tərəfindən fermerlərə məsləhət xidməti göstərilib Noyabrın 22 ...

.