Xəbərlər
6 sentyabr növbəti təlim keçiriləcək
Sentyabrın 6-da Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial sahibkarlıq subyekti nədir və necə qurulur?" və "Yaşıl iqtisadiyyat və perspektiv istiqamətlər" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Cəfər Cəfərov aşağıdakı mövzulardan danışacaq: - Sosial sahibkarlıq subyekti və ona yanaşmalar; - Sosial sahibkarlıq nədir? - Necə sosial sahibkar ola bilərik? - Yaşıl iqtisadiyyat nədir - Yaşıl bizneslər və yeni yanaşmalar - Yaşıl iqtisadiyyatda yerli və beynəlxalq təcrübə və müvafiq digər istiqamətlər. İlk təlim 6 sentyabr saat 10:00-da, ikinci təlim isə eyni gün saat 15:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-64-80 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...