• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

"Biznesə başla: Startaplara dövlət dəstəyi" və "Maliyyə idarəetmə: Vergi tənzimləmə prinsipləri" mövzularında maarifləndirici təlimlər keçiriləcək.

Noyabrın 21-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesə başla: Startaplara dövlət dəstəyi" və "Maliyyə idarəetmə: Vergi tənzimləmə prinsipləri" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Elşad Fərzaliyev aşağıdakı mövzulardan danışacaq: - Biznesə başlayan zaman diqqət etməli olduğumuz məqamlar; - Startapların ənənəvi bizneslərdən fərqi; - Startaplara dövlət dəstəyi və kriteriyalar; - Vergi tənzimləmə mexanizmləri; - Startaplara vergi güzəştləri. Birinci təlim 21 noyabr saat 10:00-da, ikinci təlim eyni gün 14:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...