Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "0 büdcə ilə biznes strategiyaları" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "0 büdcə ilə biznes strategiyaları" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 14-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən minimum maliyyə ilə biznesə başlama prinsipləri, resursların optimallaşdırılması, sıfır büdcə ilə dəyər yaratma yolları, kreativ və səmərəli yanaşmalar, həmçinin rəqəmsal alətlərdən maksimum istifadə strategiyaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə partnyorluqların qurulması, barter mexanizmləri, mövcud resurslarla effektiv satış və marketinq üsulları, xərclərin azaldılması, brendin tanıdılması üçün pulsuz platformaların istifadəsi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...