Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "1C, MProfit, QuickBooks kimi proqramlardan istifadə" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "1C, MProfit, QuickBooks kimi proqramlardan istifadə" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 18-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən mühasibatlıq və maliyyə idarəetməsi üçün istifadə olunan 1C, MProfit və QuickBooks proqramlarının funksionallığı, əsas modullar, əməliyyatların rəqəmsal idarə olunması və hesabatlılıq prosesinin optimallaşdırılması barədə ətraflı məlumat verilib. Eyni zamanda 4 nəfər iştirakçının olduğu təlimdə maliyyə əməliyyatlarının sistemə daxil edilməsi, gəlir–xərc izlənməsi, aktiv və öhdəliklərin uçotu, proqramlarda avtomatlaşdırma imkanları və real nümunələr üzərindən praktiki izahlar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...