Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Agile metodologiyası" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Agile metodologiyası" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 15-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən Agile yanaşmasının mahiyyəti, çevik idarəetmənin prinsipləri, komandadaxili əməkdaşlığın gücləndirilməsi, layihə mərhələlərinin iterativ planlaşdırılması və müasir biznesdə çevikliyin rolu barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə Scrum və Kanban sistemlərinin tətbiqi, məhsulun inkişafında müştəri yönümlü yanaşmalar, proseslərin optimallaşdırılması, dəyişikliklərə adaptasiya və komandaların məhsuldarlığının artırılması üsulları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...