Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Anbar idarəçiliyi və ehtiyatların optimallaşdırılması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Anbar idarəçiliyi və ehtiyatların optimallaşdırılması" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 17-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən anbar idarəçiliyinin mahiyyəti, ehtiyatların düzgün uçotu, saxlanc proseslərinin təşkili, xərclərin azaldılması və müasir logistika yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə anbar əməliyyatlarının avtomatlaşdırılması, ehtiyatların optimallaşdırılması üsulları, itkilərin azaldılması, tədarük və satış arasında balansın qorunması, rəqəmsal texnologiyaların anbar idarəçiliyinə təsiri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...