Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Antikorrupsiya" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Antikorrupsiya" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 7-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən korrupsiyanın mahiyyəti, onun iqtisadi və sosial təsirləri, korrupsiyaya qarşı mübarizənin hüquqi əsasları, şəffaf idarəetmənin və etik davranışın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə antikorrupsiya mexanizmləri, biznesdə etik prinsiplərin tətbiqi, risklərin azaldılması yolları, korrupsiya hallarının qarşısının alınmasında dövlət və cəmiyyətin rolu ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...