• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "B2B satış və təşkilati qərarvermə mexanizmləri" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "B2B satış və təşkilati qərarvermə mexanizmləri" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 25-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən B2B satış prosesinin xüsusiyyətləri, təşkilat daxilində qərarvermə strukturunun analizi, satınalma qruplarının rolu, dəyər təklifinin formalaşdırılması və korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq prinsipləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə B2B müştəri ehtiyaclarının müəyyənləşdirilməsi, qərarverməyə təsir edən şəxslərin təhlili, satış strategiyalarının seçim üsulları, etirazların idarə olunması, danışıqlar texnikaları və real biznes ssenariləri üzərindən praktiki yanaşmalar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...