• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Bazar araşdırması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Bazar araşdırması" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 16-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən bazar araşdırmasının mahiyyəti, hədəf auditoriyanın müəyyənləşdirilməsi, rəqabət mühitinin analizi, müştəri davranışının öyrənilməsi və məlumatların toplanması metodları barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə bazar seqmentasiyası, qiymət və məhsul strategiyalarının formalaşdırılması, sorğu və təhlil alətlərinin tətbiqi, bazara çıxış strategiyalarının hazırlanması və qərarvermədə analitik düşüncənin rolu ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...