Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Bazar araşdırması və rəqiblərin təhlili" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Bazar araşdırması və rəqiblərin təhlili" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 29-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən bazar araşdırmasının mahiyyəti, müştəri ehtiyaclarının öyrənilməsi, rəqiblərin təhlilində əsas metodlar, bazar seqmentasiyası və müasir marketinq yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 4 nəfər iştirakçının olduğu təlimdə SWOT və PEST analizlərinin tətbiqi, rəqabət üstünlüyünün müəyyənləşdirilməsi, qiymət və məhsul strategiyalarının təhlili, bazara çıxış imkanlarının qiymətləndirilməsi və strateji qərarvermədə bazar araşdırmasının rolu ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...