• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Bərpa olunan enerji mənbələrinin iqtisadiyyata təsiri" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Bərpa olunan enerji mənbələrinin iqtisadiyyata təsiri" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 12-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən bərpa olunan enerji mənbələrinin növləri, alternativ enerjinin üstünlükləri, enerji təhlükəsizliyinin təmin olunması, ekoloji dayanıqlılıq və qlobal enerji trendləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə bərpa olunan enerji mənbələrinin iqtisadiyyata təsiri, yeni iş yerlərinin yaradılması, investisiya imkanları, istehsal xərclərinin azaldılması, yaşıl iqtisadiyyatın təşviqi və sahibkarlar üçün perspektivlər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...