• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznes modelinin qurulması (Canvas modeli ilə)" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznes modelinin qurulması (Canvas modeli ilə)" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 25-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən biznes modelinin mahiyyəti, Canvas modelinin əsas elementləri, dəyər təklifinin hazırlanması, müştəri seqmentlərinin müəyyənləşdirilməsi və müasir biznes planlaşdırma yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə dəyər zəncirinin qurulması, resurs və tərəfdaşlıqların idarə olunması, gəlir axınlarının formalaşdırılması, xərclərin optimallaşdırılması və praktiki olaraq Canvas modeli üzərində nümunələrin işlənməsi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...