Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznes təqdimatları və pitch etmək" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznes təqdimatları və pitch etmək" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 7-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən effektiv təqdimatın strukturu, auditoriyanın cəlb edilməsi üsulları, qısa və təsirli pitch hazırlamaq prinsipləri və investor qarşısında öz ideyanı təqdim etməyin incəlikləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə praktiki məşqlər vasitəsilə pitch nümunələrinin hazırlanması, vizual materiallardan səmərəli istifadə və təqdimat zamanı yaranan suallara cavab vermək bacarıqları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...