• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesin mahiyyəti və sahibkarlıq düşüncəsi" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesin mahiyyəti və sahibkarlıq düşüncəsi" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 5-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən biznesin mahiyyəti, sahibkarlıq fəaliyyətinin əsas prinsipləri, uğurlu biznes qurmaq üçün vacib olan ilkin addımlar, bazar araşdırmasının əhəmiyyəti və müasir sahibkarlıq trendləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə sahibkarlıq düşüncəsi və yaradıcılığın rolu, biznes ideyanın formalaşdırılması, risklərin idarə olunması, biznes planın hazırlanması və maliyyə savadlılığının sahibkarlıqda rolu ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...