• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Bulud texnologiyaları və fayl idarəetməsi" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Bulud texnologiyaları və fayl idarəetməsi" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 15-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən bulud texnologiyalarının mahiyyəti, onların biznes və gündəlik həyatda tətbiqi, məlumatların saxlanması və paylaşılması imkanları, təhlükəsizlik prinsipləri və müasir bulud xidmətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə fayl idarəetmə üsulları, bulud platformalarında məlumatların sinxronizasiyası, komanda işi üçün əməkdaşlıq alətləri, yaddaşın optimallaşdırılması və rəqəmsal mühitdə təhlükəsizlik tədbirləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...