Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Content marketing və Storytelling" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Content marketing və Storytelling" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 19-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən kontent marketinqinin mahiyyəti, auditoriya ilə emosional əlaqə yaratmaq üçün hekayələndirmə (storytelling) üsulları, brend mesajının formalaşdırılması, kontent növlərinin seçilməsi və davamlı kontent strategiyasının qurulması barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə marka hekayəsinin hazırlanması, dəyərverən məzmunun yaradılması, sosial media üçün təsirli hekayələr yazılması, vizual və mətn kontentinin uyğunlaşdırılması, həmçinin uğurlu beynəlxalq və yerli misalların təhlili ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...