Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Dairəvi iqtisadiyyat modeli və tullantısız istehsal" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Dairəvi iqtisadiyyat modeli və tullantısız istehsal" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 29-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən dairəvi iqtisadiyyatın mahiyyəti, resursların təkrar istifadəsi, tullantısız istehsal prinsipləri, dayanıqlı biznes modelləri və müasir ekoloji yanaşmalar barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə istehsalda tullantıların azaldılması üsulları, ekoloji məsuliyyətli istehsal texnologiyaları, yaşıl innovasiyaların tətbiqi, təkrar emal imkanları və dairəvi iqtisadiyyatın biznesə gətirdiyi üstünlüklər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...