Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Davamlı inkişaf məqsədləri (SDGs) və sahibkarın rolu" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Davamlı inkişaf məqsədləri (SDGs) və sahibkarın rolu" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 18-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən BMT-nin davamlı inkişaf məqsədlərinin mahiyyəti, qlobal çağırışlar və onların biznes mühitinə təsiri, sosial və ekoloji məsuliyyət prinsipləri, yaşıl iqtisadiyyat və müasir sahibkarlıq trendləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə sahibkarların SDG-lərə töhfə vermə imkanları, biznes modellərində davamlı yanaşmaların tətbiqi, sosial məsuliyyət layihələrinin əhəmiyyəti, innovativ həllərin rolu və dayanıqlı iqtisadi inkişafda sahibkarların məsuliyyəti ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...