Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Davamlı kənd təsərrüfatı və qida təhlükəsizliyi" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Davamlı kənd təsərrüfatı və qida təhlükəsizliyi" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 24-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən davamlı kənd təsərrüfatının mahiyyəti, ekoloji və iqtisadi baxımdan üstünlükləri, qida təhlükəsizliyinin təmin olunması, resursların səmərəli istifadəsi və qlobal trendlər barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə dayanıqlı istehsal metodları, torpaq və su ehtiyatlarının qorunması, sağlam və təhlükəsiz qida istehsalının əhəmiyyəti, innovativ texnologiyaların tətbiqi və kənd təsərrüfatında ekoloji məsuliyyət ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...