Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Debitor və kreditor borcları" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Debitor və kreditor borcları" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 23-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən debitor və kreditor borclarının mahiyyəti, onların maliyyə idarəetməsində rolu, borcların uçotu və təhlili, ödəniş intizamının təmin edilməsi və risklərin azaldılması yolları barədə ətraflı məlumat verilib. Eyni zamanda 12 nəfər iştirakçının olduğu təlimdə borcların idarə olunması strategiyaları, gecikmələrin qarşısının alınması, balans və pul axınına təsir mexanizmləri, debitorlarla effektiv kommunikasiya və kreditor öhdəliklərinin düzgün planlaşdırılması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...