Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Direktorlar şurası və icra orqanının hüquqi statusu" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Direktorlar şurası və icra orqanının hüquqi statusu" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 11-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən direktorlar şurasının mahiyyəti, idarəetmədə rolu, korporativ nəzarət mexanizmləri, icra orqanının fəaliyyət prinsipləri və müasir idarəetmə trendləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə direktorlar şurası və icra orqanının hüquqi statusu, onların səlahiyyətlərinin bölgüsü, qərarların qəbul edilməsində məsuliyyət bölgüsü, şəffaflıq və hesabatlılıq prinsipləri, korporativ mübahisələrin həlli yolları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...