Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "E-mail marketinq" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "E-mail marketinq" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 17-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən e-mail marketinqin mahiyyəti, rəqəmsal kommunikasiya vasitəsi kimi əhəmiyyəti, hədəf auditoriyaya yönəlmiş e-mail kampaniyalarının qurulması prinsipləri, kontent və dizaynın təsir gücü, həmçinin müasir e-mail marketinq alətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə abonent bazasının formalaşdırılması, fərdiləşdirilmiş mesaj strategiyaları, açılma və klik göstəricilərinin analizi, avtomatlaşdırılmış e-mail axınlarının yaradılması və effektiv nəticə əldə etmə üsulları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...