Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "E-poçt və onlayn ünsiyyət etikasının əsasları" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "E-poçt və onlayn ünsiyyət etikasının əsasları" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 16-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən rəqəmsal ünsiyyətin mahiyyəti, e-poçt yazışmalarında əsas qaydalar, onlayn ünsiyyət mədəniyyətinin formalaşdırılması, peşəkar yazışma standartları və müasir kommunikasiya trendləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə onlayn ünsiyyətdə etik prinsiplər, e-poçtlarda düzgün müraciət formaları, cavablandırma qaydaları, sosial şəbəkə və messencerlərdə davranış normaları, rəqəmsal mühitdə peşəkar imicin qorunması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...