Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Ekoloji sahibkarlıq" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Ekoloji sahibkarlıq" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 1-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən ekoloji sahibkarlığın mahiyyəti, yaşıl iqtisadiyyat prinsipləri, ətraf mühitin qorunması ilə biznes fəaliyyətinin uzlaşdırılması, təkrar emalın əhəmiyyəti və müasir ekoloji trendlər barədə ətraflı məlumat verilib. Eyni zamanda 4 nəfər iştirakçının olduğu təlimdə ekoloji məsuliyyətin biznesdə tətbiqi, alternativ enerji mənbələrinin istifadəsi, ekoloji innovasiyalar, dayanıqlı inkişaf strategiyaları və ekoloji sahibkarlığın rəqabət üstünlükləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...