Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Əmtəə və xidmətlərin axını: istehsalçıdan istehlakçıya yol" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Əmtəə və xidmətlərin axını: istehsalçıdan istehlakçıya yol" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 22-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən əmtəə və xidmətlərin istehsaldan istehlakçıya qədər hərəkətinin mərhələləri, logistika və təchizat zəncirinin rolu, bazar tələblərinə cavab verən paylama mexanizmləri və müasir yanaşmalar barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə məhsulun dəyər zənciri, topdansatış və pərakəndə satış kanalları, distribusiya strategiyaları, müştəriyə çatdırılmada effektiv üsullar və rəqəmsal texnologiyaların əmtəə və xidmət axınına təsiri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...