• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Endirim və kampaniyaların rəqəmsal platformalarda idarəsi" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Endirim və kampaniyaların rəqəmsal platformalarda idarəsi" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 8-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən rəqəmsal marketinqdə endirim və kampaniyaların rolu, müştəri cəlbetmə strategiyaları, satış artımına yönəlmiş kampaniya planlaması, onlayn platformalarda analitika və nəticələrin ölçülməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə kampaniyaların düzgün hədəflənməsi, endirim mexanizmlərinin hazırlanması, sosial media və e-ticarət platformalarında tətbiq üsulları, müştəri loyallığı proqramları və effektiv rəqəmsal təşviq metodları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...