Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Etirazlarla peşəkar işləmək (Objection Handling)" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Etirazlarla peşəkar işləmək (Objection Handling)" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 13-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən satış prosesində etirazların mahiyyəti, müştəri etirazlarının psixoloji səbəbləri, etirazlara düzgün yanaşma üsulları, empati və aktiv dinləmənin rolu, həmçinin inandırıcı arqumentlərin formalaşdırılması barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə etiraz növlərinin təsnifatı, müştəri ilə etibarlı əlaqə qurma bacarıqları, "etirazı fürsətə çevirmə" texnikaları, satışın bağlanması mərhələsində effektiv yanaşmalar və real nümunələr üzərində praktiki məşğələlər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...