Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "FIFO, LIFO, FEFO kimi stok metodları" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "FIFO, LIFO, FEFO kimi stok metodları" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 7-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən müxtəlif stok idarəetmə metodlarının mahiyyəti, inventar dövriyyəsinin düzgün planlaşdırılması, malların saxlanma və satış ardıcıllığının optimallaşdırılması barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə FIFO (First In, First Out), LIFO (Last In, First Out) və FEFO (First Expired, First Out) metodlarının tətbiqi nümunələri, üstünlükləri və biznesdə istifadəsi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...