• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Fikirdən biznes ideyasına: düzgün ideya seçimi" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Fikirdən biznes ideyasına: düzgün ideya seçimi" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 15-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən biznes ideyalarının yaranması, kreativ yanaşma üsulları, bazar ehtiyaclarının öyrənilməsi, innovativ həllərin seçilməsi və uğurlu biznes üçün başlanğıc addımlar barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə düzgün ideya seçiminin əsas meyarları, risklərin dəyərləndirilməsi, ideyanın reallaşdırılma imkanları, biznes planlaşdırmanın ilkin mərhələləri və bazarda rəqabət üstünlüyünün formalaşdırılması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...