Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Gəlir və xərclərin izlənməsi" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Gəlir və xərclərin izlənməsi" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 13-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən gəlir və xərclərin idarə edilməsinin mahiyyəti, maliyyə axınlarının düzgün qeydiyyatı, büdcə nəzarətinin əhəmiyyəti, xərclərin kateqoriyalara bölünməsi və maliyyə intizamının qorunması barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə gəlir-xərc analizinin aparılması, nağd pul axınının izlənməsi, maliyyə hesabatlarının şərhi, artıq xərclərin müəyyənləşdirilməsi və səmərəli maliyyə idarəetməsi üçün tətbiq olunan alətlər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...