• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Hesab cədvəlləri yaratmaq" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Hesab cədvəlləri yaratmaq" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 19-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən hesab cədvəllərinin qurulması prinsipləri, məlumatların düzgün strukturlaşdırılması, cədvəllərdə xərc və gəlir kateqoriyalarının ayrılması, avtomatik hesablamaların tətbiqi və analitik təhlilin asanlaşdırılması barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə praktiki cədvəl nümunələri üzərində işləmək, formulaların tətbiqi, məlumatların vizuallaşdırılması, maliyyə göstəricilərinin izlənməsi və iş proseslərinin sistemli aparılması üçün cədvəl şablonlarının hazırlanması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...