Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İctimai çıxış" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İctimai çıxış" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 10-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən ictimai çıxışın mahiyyəti, auditoriya qarşısında effektiv danışıq bacarıqları, səhnə davranışı, bədən dili və səs tonunun düzgün istifadəsi, həmçinin özünəinamın formalaşdırılması üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə çıxışların planlaşdırılması, mesajın aydın çatdırılması, auditoriya ilə qarşılıqlı əlaqə, stressin idarə olunması və inandırıcı təqdimat texnikaları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...