Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnfluencer marketinq" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnfluencer marketinq" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 17-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən influencer marketinqin mahiyyəti, sosial mediada təsir gücünün formalaşması, brendlərlə əməkdaşlıq strategiyaları, auditoriya etimadının qazanılması və müasir rəqəmsal reklam trendləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə influencer seçimi meyarları, kampaniya planlaşdırılması, kontent strategiyasının qurulması, nəticələrin ölçülməsi və effektiv brend-influencer əməkdaşlığının yaradılması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...