Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnnovasiya və yaradıcılıq" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnnovasiya və yaradıcılıq" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 20-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən innovasiyanın mahiyyəti, biznesdə yenilikçi yanaşmaların rolu, yaradıcı düşüncənin inkişaf etdirilməsi, dəyişən bazar şəraitinə uyğunlaşma və innovativ idarəetmə metodları barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə yaradıcılığın təşkilat daxilində təşviqi, ideyaların generasiyası və tətbiqi mərhələləri, innovativ məhsul və xidmətlərin formalaşdırılması, rəqabət üstünlüyü qazanmaq üçün yaradıcı strategiyalar və komanda innovasiyasının əhəmiyyəti ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...